Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa FOTOLAR
Azərbaycan Respublikası Prezidentinin "Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamının icrası məqsədi ilə cari ilin 22 fevral tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə Aqil Əliyevin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə A.Əliyevin fəaliyyətinin tədqiqatçısı, "Elm və Mənəviyyat" jurnalının baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Həqiqət Kərimova iştirak etmiş və alimin həyatından, ailəsindən, yüksək şəxsi və insani keyfiyyətlərindən, onun iş fəaliyyətindən danışıb.
Mövzu ilə bağlı dəyirmi masada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, şöbə müdirləri Məzahir Qarayev, Rafiq Quliyev və Sənan Talıbov da çıxış ediblər.
Qeyd edək ki, Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabrın 10 -da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir.
Professor A.Əliyevin rəhbərliyi altında illər ərzində kafedrada görülən işlər sayəsində böyük inkişafın təməli qoyulmuşdur. ATU-nun "Siyasi iqtisad" kafedrası uzun illər "Ən yaxşı kafedra" fəxri adına layiq görülmüş, kollektivin işi əsl nümunə məktəbinə çevrilmişdir. 2001-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Alim 2006-cı il 7 martda dünyasını dəyişmişdir.
Çıxışlarda bir daha vurğulanmışdır ki, Aqil Əliyevin fəaliyyəti ölkəmizin tarixində əbədi qalacaq. Tədbirin sonunda 69 kitabının müəllifi H.Kərimova "Həqiqət işığında" adlı növbəti kitabını təqdim etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB