Xocalı faciəsinin 25-ci ildönümünə aid tədbir keçirilib FOTOLAR
Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, media nümayəndələri iştirak edib.
Mərasimdə Xocalı faicəsində qətlə yetirilən günahsız insanlar 1 dəqiqəlik sükutla yad edilib.
Ardınca bəstəkar-müğənni Arif Səlimov Xocalı aid mahnı ifa edib.
Tədbirdə millət vəkili Flora Qasımova çıxış edərək, erməni silahlı dəstələri tərəfindən xalqımıza törədilən hadisədən söz açıb: "26 fevral Xocalı faciəsi tariximizin ən qanlı günüdür. Xocalı hadisəsi haqda danışmaq mən olduqca çətindir. Ancaq biz böyüklərin borcudur ki, bu qanlı tarix haqda danışaraq, gələcək nəsillərə ötürək. Hiyləgər erməni qonşularımızın etdikləri qətliyamı gənclərə çatdıraq. 20% düşmən tapdağı altında qalan torpaqlarımızı geri almağa az qalıb. Çünki bütün dünya Xocalı hadisəsini ermənilərin törətdiklərini bilib, pisləyirlər. Bu təbliğatlarımız davam etməlidir. Allah Xocalı hadisəsində dünyalarını dəyişən insanlara rəhmət eləsin!"
Mərasimdə söz alan millət vəkili Mahir Abbasov Xocalıda baş verən qanlı hadisəni təkcə Azərbaycan xalqına qarşı soyqırım deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayət olduğunu diqqətə çatdırıb: "Xocalı faciəsində insanlar vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Bu hadisə tarixən illərlə aparılmış siyasətin nəticəsində baş verib. Hazırda Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirir. Bu siyasətin nəticəsində Azərbaycanın kifayət qədər güclü ordusu var və bu ordunun güclü olduğu bird aha Aprel döyüşlərində sübut olundu. Ermənilərin işğal etdikləri torpaqlarımızı, Xocalını geri alacağıq".
Qeyd edək ki, tədbirin sonunda Bakı şəhər Kino Xidməti İdarəsinin hazırladığı "92-ci ilin qarı" adlı sənədli film nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB