Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi məqsədi Sərəncam imzalayıb.
SİA-ya bu sərəncamla bağlı olaraq turizm üzrə ekspert Ruslan Quliyev fikirlərini bildirib: "Cənab Prezident İlham Əliyevin turizmlə bağlı Sərəncam imzalaması təqdirə layiqdir. Xüsusi ilə qeyd edim ki, Azərbaycan turistlərin axını olan ölkədir. Bu turistlərin sayını daha da artırmaq üçün turizm sahəsində ciddi işlər görülür. Bir çox ölkələrə səfər edən turistlər həmçinin Azərbaycanı da gəzib, görmək istəyirlər. Bununla bağlı olaraq turizm şirkətləri daha fəal olmalıdırlar. Onlar turlar təşkil edərək, bölgələrimizdə əcnəbiləri gəzdirməlidirlər. Əsas məqsədimiz odur ki, turistləri Azərbaycana cəlb edə bilək. Onları Azərbaycanın qədim tarixi abidələri ilə tanış edək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB