Alim Qasımov qızı ilə Rusiya səhnəsində

Alim Qasımov qızı ilə Rusiya səhnəsində

Xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova növbəti dəfə səfərə hazırlaşır. SİA-nın məlumatına görə, xanəndələr Rusiya səhnəsində konsert verəcəklər. Sənətkarın konserti Diaghilev festivalı çərçivəsində may ayının 18-də Rusiyanın Perm şəhərinin Opera və Balet teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə