Azərbaycan Xalça Muzeyində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan olan "Qafqaz Albaniyasının Yaloylutəpə tipli qab"ın tarixi haqqında mühazirə təşkil olunub. SİA-nın məlumatına görə, mühazirə "Bir eksponatın tarixi" layihəsi çərçivəsində gerçəkləşib.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının mühazirəsi dinlənilib. O, qədim tarixi olan bu eksponatın tarixi haqqında ziyarətçilərə ətraflı məlumat verilib.
Sonda iştirakçıların maraq doğuran sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində mütəmadi olaraq qədim eksponatların tarixi haqqında mühazirələr təşkil olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB