“Muzeylər - mədəniyyətlər arasında körpüdür”

“Muzeylər - mədəniyyətlər arasında körpüdür”

Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeylər - mədəniyyətlər arasında körpüdür" adlı proqram təqdim ediləcək. Muzeydən SİA-ya bildirilib ki, proqram dövlətimiz tərəfindən geniş təbliğ edilən multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilib. Proqram çərçivəsində dünya xalqlarının ənənəvi, rəngarəng, yaddaqalan bayramları və adət-ənənələrinin muzeydə qeyd edilməsi nəzərdə tutulur. İlk olaraq Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Rusiya regionlarında ən tanınmış və geniş surətdə qeyd edilən Maslenitsa bayramına həsr olunmuş xüsusi proqram təqdim ediləcək.

Proqram zəngindir və gün ərzində iştirakçılar maraqlı təqdimatların şahidi olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə