AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. SİA-nın məlumatına görə, əməkdaşlıq və tanışlıq məqsədi ilə keçirilən görüşdə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Mərkəzin yaranma tarixindən, faəliyyətindən, iki ölkə arasındakı mədəni münasibətlərdən söz açıb. Bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi faəliyyətə başladığı dövrdən ərəb mədəniyyətinin bu ölkədə tanıdılması ilə yanaşı Misir və Azərbaycan arasında canlı körpü rolunu oynayır. Fəaliyyət istiqamətinə uyğun olaraq konfranslar, elmi seminarlar keçirməklə Mərkəz Misir mədəniyyətini və incəsənətinin tanıdılmasında öz töhfəsini verir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu dəvət üçün Mərkəz rəhbərinə öz təşəkkürünü bildirərək, rəhbərlik etdiyi İnstitutun fəaliyyəti və apardığı işlər barədə məlumat verib. Daha sonra tərəflər iki qurumun əməkdaşlığı ilə bağlı müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB