Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək

Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək

Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. SİA-nın məlumatına görə, kollektiv martın 1-də A.Vişnyakov adına Tələbə Kollektivləri Xorunun Festivalında çıxış edəcək.

MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox rus və xarici bəstəkarların klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə