Nizami Kino Mərkəzində “Kötü çocuq”

Nizami Kino Mərkəzində “Kötü çocuq”

Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan "Ər quyusu" və Türkiyənin "Kötü çocuq" bədii filmlərinin nümayişi başlanıb. SİA-nın məlumatına görə, "Ər quyusu " filminin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Film komediya və dram janrındadır. Yaş həddi:12+

Kinolent altı qızı olan və oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan anadan, qızları ərə getmədiyinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atadan və komik hala gələn ailə-məiçət münasibətlərindən bəhs edir.

Filmdə aktyorlar Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdulova çəkiliblər.

AF Mediya şirkətinin təqdim etdiyi "Kötü çocuq" filmini rejissor və ssenari müəllifi Yağız Alp Akaydın romantik janrda çəkib. Yaş həddi: 14+

Doğulduqdan sonra atası tərəfdən tərk edilən Kayla anası Nazlıyla çətin ortamda böyüyür. Bəlkə həyat tərzinin təsirindən iradəli və istədiyini bilən bir qızdır. Liseyi bitirmək üzərə olan Kaylanın gözlənilmədən atası Vural ortaya çıxır və onun böyük şəhərdə daha yaxşı şəraitdə yaşamasının istədiyini bildirir. Kayla istəməsədə tanımadığı atasının yanına köçür. Əvvəlki həyatına dönməyi fikirləşərkən o, yeni məktəbə getdiyi ilk gün Meric adlı yaraşıqlı oğlanla tanış olur.Gəncə aşiq olan Kayla onunla köhnə gözəl həyatına dönəcəyini düşünərkən fərqli hadisələrlə üzləşəcək...

Filmdəki obrazları aktyorlar Afra Saraçoğlu , Tolga Sarıtaş , Sarp Akkaya , Tülin Özen , Can Sipahi və başqaları canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə