Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun olaraq müəssisənin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə elmi-metodiki kömək göstərmək məqsədi ilə Ağdaş və Göyçay rayonlarına ezam olunublar. SİA-nın məlumatına görə, bölgələrdə ardıcıl keçirilən tədbirlərdə həmin rayonların uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti iştirak edib.
Geniş fikir mübadiləsi ilə keçən metodiki kömək tədbirlərində qeyd olunan məktəblər arasında əlaqələrin inkişafı, tədrisin səviyyəsinin yüksəldilməsi məsələləri ilə bağlı ətraflı diskusiya aparılıb.
Metodiki kömək çərçivəsində məktəblərin rəhbərlərinə Elmi-metodiki mərkəz tərəfindən görülən işlər, keçirilən tədbirlərlə yanaşı, gələcəkdə görüləcək işlər barədə məlumat verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilib.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB