“Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının yeni sayı

“Turizm və Qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının yeni sayı

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan "Turizm və Qonaqpərvərlik tədqiqatları" beynəlxalq jurnalının 2016-cı ilin son sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, jurnalın bu nömrəsində yerli və xarici alimlərin tədqiqat nəticələrini əks etdirən 22 məqalə yer alıb.

Məqalələrdə turizm siyasətinin ölkə iqtisadiyyatına təsiri, mədəni-tarixi abidələrdən turizmdə istifadə təcrübəsi, turizm sahəsində ölkələr arası əməkdaşlığın rolu, ali təhsil müəssisələrinin idarəedilməsi və bu idarəetmədə marketinq strategiyalarının əhəmiyyəti geniş şəkildə təhlil olunub və əhatəli şəkildə araşdırılaraq bir sıra tövsiyyələr verilib.

Jurnala daxil edilən məqalələr barədə ətraflı məlumatla "Kitabxana İnformasiya Mərkəzi"ində, eləcə də universitetin rəsmi veb saytında tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə