Beynəlxalq Turizm yarmarkasında Göygöl bölgəsi turizm məkanı təqdim olunacaq FOTOLAR

Beynəlxalq Turizm yarmarkasında Göygöl bölgəsi turizm məkanı təqdim olunacaq FOTOLAR

Bildiyiniz kimi, bu ilin mart ayında Almaniyanın Berlin şəhərində Beynəlxalq Turizm yarmarkası keçiriləcək. SİA-nın məlumatına görə, Beynəlxalq əhəmiyyətli tədbirin iki günlük fəaliyyəti dövründə Göygöl bölgəsi yarmarka iştirakçılarına ölkəmizin turizm məkanı kimi təqdim olunacaq. Bu məqsədlə Göygöl bölgəsinə işgüzar səfər edən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tədqiqat və İnkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova müxbirimizə müsahibəsində bildirib ki, 2017-ci ildə ölkəmizdə alman məskənlərinin yaranmasının 200 illik yubileyi keçiriləcək. Müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh, əminamanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşadığı Azərbaycanda alman izlərinin araşdırılması və tədqiqinə böyük önəm verilir. Təsadüfi deyil ki, Azərbaycan dünyada multikultural dövlət kimi tanınır. Alman irsi məhz Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun mədəniyyət abidələri irsinə daxil edilib.

Göygöl bölgəsinə səfər çərçivəsində mövcud turizm müəssisələri, əsrarəngiz mənzərəli yerlər, yerli sənətkarlar haqqında ətraflı məlumatlar toplanılıb. Xüsusi interaktiv turistik xəritənin hazırlanması məqsədilə alman mütəxəssislərə təqdim edilib. Göygöl şəhərindəki alman məskənləri, şəxsi evlər, kilsə, məktəb, yollar və alman qəbristanlıqları təhlil olunub. Göygöl bölgəsi üzrə maddi mədəniyyət abidələrinin alman turistlərinə təqdimetmə imkanları araşdırlıb.

Bütün xəbərlər Facebook səhifəmizdə