Göyçayda İKT potensialının istifadəsi ilə bağlı səyyar seminar keçirilib FOTOLAR

Göyçayda İKT potensialının istifadəsi ilə bağlı səyyar seminar keçirilib FOTOLAR

Göyçay rayonunda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına uyğun olaraq mədəniyyət müəssisələrində İKT potensialının istifadəsi ilə bağlı növbəti səyyar seminar keçirilib. SİA-nın məlumatına görə, seminar Ağdaş regional Mədəniyyət İdarəsinin müdiri Tahir Əliyevin təşkilati dəstəyi ilə Goyçay rayon H.Əliyev Mərkəzində baş tutub. Tədbirdə regional idarəsinin müdir müavini Sahib Şükürov, H.Əliev Məkəzinin direktoru Zemfira Əliyeva və Göyçay rayon mədəniyyət işçiləri iştirak ediblər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə Mədəniyyət müəssisələrində internetdən və İnternet Explorer proqramından istifadə qaydaları haqqında ümumi məlumat verib. Bununla yanaşı, Təbliğat və statistik araşdırmalar şöbəsinin sektor müdiri İrina Özçoban çıxış edərək, mədəniyyət müəssisələrdə İKT-nin rolu, sosial şəbəkələrdəki rəsmi səhifələri, müsbət imicin formalaşdırılması üsulları və bu səpkidə digər məsələlərə toxunub.

Seminar zamanı iştirakçıların İKT və təbliğat sahəsində sualları cavablandırılıb və bu sahəyə aid bəzi tövsiyyələr verilib. "Mədəniyyətin təbliğində "Facebook" sosial şəbəkəsinin rolu və təhlükəsiz istifadə qaydaları", həmçinin "Mədəniyyət müəssisələrində İKT-nin tətbiqi üzrə ilkin biliklər" adlı metodiki vəsaitlərin təqdimatı da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə