Forumun keçiriləcəyi vaxt bəlli oldu

Forumun keçiriləcəyi vaxt bəlli oldu

Azərbaycan Prezidentinin 2011-ci il 27 may tarixli Fərmanına uyğun olaraq UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin tərəfdaşlığı ilə cari il mayın 4-dən 6-dək Bakıda növbəti IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildirilib ki, Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, həmçinin Dünya Forumu Nazirlər Görüşü təşkil olunacaq.

Hazırda beynəlxalq tərəfdaşlarla birgə Forumunun təşkilati məsələləri ilə bağlı müvafiq işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə