Xocalı soyqırımının 25 -ci ildönümünə həsr olunmuş "Qanlı izlər"

Xocalı soyqırımının 25 -ci ildönümünə həsr olunmuş "Qanlı izlər"

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialının təşkilatçılığı ilə Xocalı soyqırımının 25 -ci ildönümünə həsr olunmuş "Qanlı izlər" adlı sərgi və tədbir keçiriləcək. SİA-nın məlumatına görə, sərgidə kitabxana oxucularının və könüllü rəssamların əl işləri nümayiş etdiriləcək.

Qatılmaq istəyən hər bir kəs özü haqqında qısa məlumat və əl işlərinin fotosunu aşağıda göstərilən mail ünvanına göndərə bilər.

İştirakçılardan tələb olunur:

1. Müəllifin əl işi özünəməxsus olmalı

2. Sərbəst ölçüdə və çərçivədə olmalı

3. Rəsmlər mövzuya uyğun olmalı

İşlərin qəbulu fevral ayının 20 -si başa çatacaq. Əlavə məlumat: [email protected]

Əlaqə telefonları:

012 490 49 01

070 391 06 76

055 792 01 76

Bütün xəbərlər Facebook səhifəmizdə