Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi mədəniyyət müəssisələrində müşavirələrini davam etdirir. SİA-nın məlumatına görə, növbəti müşavirə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilib. Müşavirədə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan filialların əməkdaşları iştirak ediblər. Müşavirəni giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli açaraq yeni yaradılmış idarə haqqında ətraflı məlumat verib, idarənin fəaliyyət istiqamətləri və gələcək fəaliyyəti barədə danışıb.
Sonra 2016-ci il ərzində Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin gördüyü işlər barədə direktor Nuranə Nəsirovanın hesabatı dinlənilib.
Sonra qarşıda duran məsələlərin müzakirəsi aparılmış, nizam-intizam qaydalarına ciddi əməl edilməsi, kadrların bilik və bacarıqlarının yoxlanılması, ixtisasalı kadrlara üstünlük verilməsi və digər məsələlər müzakirə edilib.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB