Dağıstan Respublikasının Rəsul Həmzətov adına Xasavyurd Mərkəzi kitabxanası "Rus dünyası Fondunun" dəstəyi ilə rus ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Sergeyeviç Puşkinin vəfatının 180-illiyi liə əlaqədar "Живой Пушкин" adlı Beynəlxalq layihə keçirir. SİA-nın məlumatına görə, aksiyanın məqsədi yetişməkdə olan gənc nəslin Puşkin irsinə olan marağını artırmaq, Rusiyada və xarici ölkələrdə yaşayan uşaq və gənclərin Puşkin dünyasını kəşf etmək, onun yaradıcılığı ilə tanış olmaq üçün bir çağırışdır. Burda məqsəd rus klassik mədəniyyətini tanıtmaqdır.
İki əsr keçməsinə baxmayaraq Puşkin yaradıcılığı bu gün də öz aktuallığını saxlamışdır. Cəlilabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Puşkin yaradıcılığını oxuculara daha yaxından tanıtdırmaq məqsədilə bu layihəyə qoşulmuşuq. Layihənin adı "Rus ədəbiyyatının günəşi" adlanır. Layihənin rəhbəri MKS-nin Uşaq şöbəsinin müdiri Rəna Təhməzovadır. Layihənin işində yaxından iştirak və kömək edənlər MKS-nin direktoru Elçin Hüseynov, direktor müavini Qənimət İsrafilova, kitabxananın fəal oxucusu Fərid Məlikov, Uşaq şöbəsinin əməkdaşları Cahan Əbilova və Cahan Həsənovadır.
Dörd mərhələdə keçiriləcək layihə bu ilin fevral ayından başlayaraq may ayına kimi davam edəcəkdir. İyun ayının əvvəlində layihənin iştirakçıları Puşkinin vətəni olan Nijni Novqorodda "Boldino" adlı memorial muzey-qoruqda toplanacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB