M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Virtua proqramının inkişaf etdirilməsi" mövzusunda beynəlxalq treninq keçirilir. Milli Kitabxananın mətbuat xidmətindən SİA-ya bildirilib ki, açılış mərasimində kitabxananın direktoru Kərim Tahirov çıxış edərək, treninqin üstünlüklərindən danışıb.
"Innovative Interfaces Global Ltd."nin əməkdaşı Yana İlavska tərəfindən aparılan treninqdə şirkətin məhsulu olan "Virtua" avtomatlaşmış kitabxana sistemində mövcud yeniliklər, modulların təkmilləşdirilməsi, kitabverilişi, oxucu qeydiyyatı, axtarış sistemlərinin təkmilləşdirilməsi, avtoritet faylların, filtrlərin qaydaya salınması, indekslərin optimallaşdırılması, dövri mətbuat məqalələrinin axtarış interfeysinin hazırlanması, biblioqrafik yazıların təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunur.
Treninq fevralın 11-də yekunlaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB