Fevralın 18-də Londonda "Fashion Week Afterparty" çərçivəsində Leoni Mergenin "Qarabağ kolleksiyası" nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, Leoni Mergen bu kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ilhamlanaraq ərsəyə gətirib. O, kolleksiyanı hazırlayanda Qarabağ dizaynlarını əsas çıxış nöqtəsi kimi götürüb, həmçinin özünün innovativ və fərdi baxışlarını əlavə edib. Yanvar ayında Berlində "Mersedes Benz Moda Həftəsi" çərçivəsində nümayiş etdirilən "Qarabağ kolleksiyası" böyük marağa səbəb olub. Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, sahə üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqlar kolleksiyanı maraqla izləyiblər. Nüfuzlu jurnalların səhifələrində bu kolleksiya haqqında məqalələr yer alıb.
Londonda keçiriləcək tədbir haqqında ətraflı məlumatı aşağıda qeyd edilən linkdən öyrənmək olar: https://www.facebook.com/events/1311170369002675/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB