Hər zaman olduğu kimi Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbi yaradıcılıq qələbələrinə imza atmaqda davam edir. SİA-nın məlumatına görə, Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosasiyasının birgə layihəsi olan Gəncə şəhərində keçirilən"Kəpəz kuboku" müsabiqəsində çıxış edən "Alov " rəqs qrupu Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin adını layiqli şəkildə təmsil edib.
Məktəbin müəllimi Emil Pənahovun rəhbərliyi altında fəaliyyət 7göstərən "Alov" rəqs qrupu müsabiqədə dörd nominasiya üzrə birincilik qazanıb. Müsabiqədə Azərbaycan və müxtəlif xalqların rəqslərini böyük məharətlə nümayiş etdirən şagirdlər münsiflər heyətinin böyük rəğbətini qazanaraq, məktəbin aktivinə daha bir uğur imzası atıblar.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB