Azərbaycanlı ssenaristin ekran əsəri beynəlxalq film festivalında
Rejissor Nihad İsanın ekranlaşdırdığı "Rast" filmi İsveçrənin Lozanna şəhərində keçiriləcək beynəlxalq film festivalına dəvət alıb. SİA-nın məlumatına görə, Səbuhi Məmmədlinin ssenari müəllifi olduğu ekran əsəri "Ouchy film awards" adlanan film festivalında "Ən yaxşı sənədli film" nominasiyasında yarışacaq.
"Rast" filmi Azərbaycan mədəniyyəti və ədəbiyyatından bəhs edir. Filmin operatoru İtaliyanın tanınmış kino ustalarından olan Françesko Feyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB