Rusiyalı rejissorun təqdimatında: “Çippolino”

Rusiyalı rejissorun təqdimatında: “Çippolino”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ötən ildə olduğu kimi, bu il də xarici ölkə teatr mütəxəssisləri ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə davam edir. SİA-nın məlumatına görə, teatrın 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin "Çippolino" əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün teatr rəhbərliyi Rostov "Maksimum" teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət edib.

Rusiyalı rejissorla görüşən ADGTT-nın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan- Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə edib.

Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının nümayişi nəzərdə tutulur.

Teatrın saytı və əlaqə nömrələrini diqqətinizə təqdim edirik: www.tyuz.az, telefonlar: (012) 498-14-09; (012) 493-65-78

Bütün xəbərlər Facebook səhifəmizdə