“Məryəm” filmi nümayiş olunacaq

“Məryəm” filmi nümayiş olunacaq

Yanvarın 31-də "YARAT" Müasir İncəsənət Mərkəzində rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyevin ekranlaşdırdığı "Məryəm" qısametrajlı filmi nümayiş olunacaq.

SİA-nın verdiyi məlumata görə, ekran əsəri gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib. Film rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və onlardan ibarət bitkin bir fikrin dünyaya çatdırılmasına xidmət edir.

Filmdə hadisələr uydurma bir məkanda baş verir. Otağın içərisində yaradıcılığı ilə təkbətək qalan ağbirçək rəssam, əsərləri vasitəsilə yenidən öz həyatının başlanğıcına qayıdır.

Azərbaycan dilində rus subtitrləri ilə təqdim olunacaq filmin nümayişinə hər kəs qatıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə