Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ASAN Radionun birgə layihəsi olan "Mədəni turizm" verilişi 2017-ci ildə də uğurla davam edir. SİA-nın məlumatına görə, ötən ilin iyun ayından efirdə olan veriliş həftənin cümə günü, saat 17:00-da "100 FM" dalğasında efirdə olur.
Verilişdə Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılır, dinləyiciləri maraqlandıran suallar cavablandırılır və viktorinanın suallarını cavablandıran dinləyicilər hədiyyə qazanırlar.
"Mədəni turizm"in vacib xüsusiyyətlərindən biri də odur ki, dinləyicilər Mədəniyyət və Turizm Nazirliyinə aid sual və müraciətini efir vasitəsilə ünvanlaya bilərlər. Verilişdə maraqlı sujetlərə və vətəndaş sorğularına da yer verilir.
Qeyd edək ki, 2017-ci ilin ilk verilişi 27 yanvar tarixində efirə gedib. Verilişdə Azərbaycan turizminin 2016-cı ildəki uğurlarından söz açılıb, eyni zamanda 2017-ci ildə turizmin prioritet inkişaf istiqamətlərindən danışılılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB