Azərbaycan-Misir mədəni əlaqələri müzakirə olunub

Azərbaycan-Misir mədəni əlaqələri müzakirə olunub

H.Sarabski adına Mədəniyyət Evinin direktoru Tərlan Akçay Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. SİA-ya Misir səfirliyindən verilən məlumata görə, Mərkəzin müdiri Əhməd Sami Elaydi mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs edib. Misirlə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün lazımi səylər göstərilməsinin vacib olduğunu bildirib.

Tərlan Akçay Misir və Azərbaycan əlaqələrindən bəhs edən müştərək tədbirlərin keçirilməsinə dair təkliflər irəli sürüb. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəziin işi ilə tanış olduqdan sonra mərkəzi cox bəyəndiyini bildirərək məktəblillərlə burada görüşlər təşkil edəcəyini bildirib. O, Əhməd Sami Elaydiyə təşəkkürünü bildirib və onu "Bizim Evin qonagı" rubrikasına dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə