Nizami Kino Mərkəzində milli "Hoqqa" filminin, Fransa və Kanada istehsalı olan "Balerina" animasiya və Çin, ABŞ –ın "Böyük sədd" filmlərinin nümayişinə başlanıb. SİA-nın məlumatına görə, yeni milli filmlər sırasına daxil olan komediya janrında çəkilmiş "Hoqqa" filminin ssenari müəllifi Fariz Əliyev rejissoru Cavid Təvəkküldür. Yaş həddi: 12+
Film baş qəhrəman Qızxanımın "feysbuk"da tanış olduğu oğlanla başlarına gələn məcaralarından bəhs edir.
Baş rollarda Dilarə Əliyeva, Elməddin Cəfərov, Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nofəl Şahvəloğlu, Rauf Şahsuvarov, Nahidə Orucova və Aytac Quliyeva çəkiliblər.
"Balerina" animasiya filmini rejissor Erik Sammer müzikl və məcara janrında çəkib. Yaş məhdudiyyəti: 06+
Film yetim qızcığazın balerina olmaq arzuları ilə 1879-cu ildə Parisə gəlməsindən bəhs edir.
Filmdəki rolları El Fanninq, Deyl DeXaan, Meddi Ziqler, Rey Cepsen, Kamill Kotten, Elana Dunkelman, Culi Xaner, Keysi Çeyz, Şoşana Spelinq, Loren Morel və başqa aktyorlar canlandırıb.
"Böyük sədd" filmini rejissor Çjan İmou fentezi, döyüş, triler və məcara janrında çəkib. Yaş həddi: 14+
Böyük hədd butun təhlükələrdən müdafiə etmək üçün qurulsada belə düşmənlə ən cəsur döyüşçülərdə rastlaşmayıb. Düşmən müdaxiləsinin qarşısı alınmasa – kainat məhv olacaq.
Filmdə, baş rolları Mett Deymon, Tszin Tyan, Pedro Paskal, Ullem Defo, Endi Lau, Eddi Pen, Numan Akar, Luxan, Kenni Lin, Viku Yu və başqa aktyorlar canlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB