Bakı Ali NeftMəktəbində “Şotlandiya günü”

Bakı Ali NeftMəktəbində “Şotlandiya günü”

Bakı Ali Neft Məktəbində (BANM) məşhur şotland lirik şairi Robert Börnzün anadan olmasının 258-ci ildönümünə həsr olunmuş "Şotlandiya Günü" təşkil olunub. SİA-nın məlumatına görə, diplomatik nümayəndəlik və müxtəlif beynəlxalq şirkətlərin rəsmilərinin də iştirak etdiyi tədbirdə Şotland milli musiqiləri və rəqsləri nümayiş olunub. Ali Məktəbin tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə BANM-in rektoru Elmar Qasımov açaraq, hər kəsi salamlayıb və Şotlandiyadan gələn qonaqlara xoş gəlmisiniz deyib. E.Qasımov Şotlandiyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında iki diplom layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsinin imzalandıəğını xüsusi ilə diqqətə çatdırıb. O, bildirib ki, bu müqavilə çərçivəsində Ali Məktəbdə bakalavriat səviyyəsində "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirilir. 2017-ci ildə bu proqramlar üzrə məzunların ilk buraxılışı olacaq və sözügedən ixtisaslar üzrə Heriot Vatt Universitetinin təklif etdiyi proqramlar əsasında iki diplom layihəsi çərçivəsində BANM-də magistr hazırlığına başlanacaq. Hər iki universitet arasında olan razılaşmaya görə, mayın 28-də də Heriot-Vatt Universitetində "Azərbaycan günü" keçiriləcək.

Tədbirin bədii hissəsi Şotlandiya haqqında tanıtım filminin nümayişi ilə başlayıb. BANM-in tələbələrinin ifasında şeirlər və musiqi parçaları səsləndirilib. Ali Məktəbin tələbələri Nərmin Baxışlı və Qurban Həsənov Robert Börnzun "Əlvida" və "Qırmızı qizilgül" şeirlərini ifa ediblər. Tələbələr Lalə Məmmədova, Fidan Quliyeva və Aytac İsgəndərovaşotland mahnıları ifa ediblər. Kaledoniya cəmiyyətinin nümayəndələrinin ifasında milli şotland rəqsi vəcəmiyyətin nümayəndəsi İnnes Muarın ifasında şotland milli musiqi aləti olan tuluq zurnasında musiqi parçası ifa olunub.

Qeyd edək ki, məşhur şotland lirik şairi Robert Börnz 25 yanvar 1759-cu ildə anadan olub.Öz yaradıcılığına təxminən 14-15 yaşlarından başlayan Börnz şeir yazarkən Şotlandiya xalq yaradıcılığı ənənələrini, qədim xalq mahnılarındakı motivləri əsas götürürdü və bu onun şeirlərinin xalq arasında sürətlə yayılmasına səbəb olurdu. 21 iyul 1796-cı ildə vəfatından sonra Şotlandiya xalqı öz milli şairini böyük məhəbbətlə anır və hər il onun şərəfinə ad günü keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə