Babək rayon Nehrəm kənd sakini Akif Hacıyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya Muzeyinə yeni eksponatlar hədiyyə edilib. Bu münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova təkcə ötən il muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olduğunu, bu eksponatların sakinlər tərəfindən könüllü olaraq hədiyyə edildiyini vurğulayıb.
Natəvan Qədimova qeyd edib ki, maddi-mədəniyyət nümunələrinin toplanması işində vətəndaşlarımız səy göstərirlər. Onlar xalqımızın tarixini, mədəniyyətini qoruyaraq gələcək nəsillərə çatdırmaqla milli mədəniyyətimizə böyük töhfə verirlər.
Nazir bildirib ki, bunun davamı olaraq bu gün Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki xatirə muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Akif Hacıyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Arxeologiya və Etnoqrafiya Muzeyinə qolbaq və medalyon hədiyyə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son illərdə vətəndaşlar tərəfindən muzeylərə eksponatların hədiyyə edilməsinin muzeylərimizin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Akif Hacıyev çıxış edərək muzeylərin zənginləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib və vətəndaşların bu işə diqqət göstərməsinin vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB