“YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı olacaq
"YARAT" Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq. Mərkəzdən SİA-ya bildirilib ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək konsertdə hər kəs iştirak edə bilər. Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
Qeyd edək ki, bir çox beynəlxalq müsabiqələrin laureatı olan orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda təşkil olunmuş festivallarda uğurla çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB