Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Ramiz Quliyev Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quluyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub. SİA-ya onları təqdim edir:
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi
(Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi)
Ramiz Quliyev-Nazirliyin yanında "Mədəni İrsin Qorunması, Tədqiqi və Monitorinqi Mərkəzinin direktor müavini vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub (Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, sənaye və mülki tikinti ixtisası üzrə təhsil alıb).
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi
(Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi)
Ramiz Məmmədov- Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini təyin olunub, rəisi vəzifəsi vakant olduğuna görə rəis vəzifəsini müvəqqəti icra edir (Azərbaycan Dövlət Universiteti, tarixçi, tarix və ictimaiyyət müəllimi ixtisası üzrə təhsil alıb).
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi
(Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi)
Sənan Hacıyev- Gəncə şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra etmişdir. 2017-ci il 5 yanvar tarixində Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunmuşdur (Azərbaycan Texnologiya İnstitutunda mühəndis-texnoloq, Gəncə Musiqi Texnikumunda mədəniyyət nəzəriyyəsi, Azərbaycan Milli Konservatoriyasında xalq çalğı alətləri orkestrinin dirijoru, müəllim ixtisası üzrə təhsil alıb).
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi
(Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi)
İlyas Hacıyev- Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunub (H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji Universitetində tarix müəllimi ixtisası üzrə təhsil alıb).
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi
(Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi)
Rza Quluyev- Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis təyin olunub (Xankəndi Pedaqoji İnstitunda tarix ixtisası üzrə təhsil alıb).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB