Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq. Yaponiyanın ölkəmizdəki səfirliyindən SIA-ya bildirilib ki, festival yanvarın 29-dək davam edəcək.
Festival çərçivəsində 5 yapon filmi - "Məktub", "Pekorosun anası ilə görüş", "Kaitan şəhərinin əhvalatları", "Sən yaxşı uşaqsan" və "Çevrəmizdəkilər" adlı ekran əsərləri təqdim olunacaq. Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək.
Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.
Üç gün davam edəcək festivalda hər kəs iştirak edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB