Beynəlxalq İncəsənət festival- müsabiqəsi keçiriləcək

Beynəlxalq İncəsənət festival- müsabiqəsi keçiriləcək

Martın 17-dən 19-dək Avropa müsabiqə komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası "Testene Art" və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət festival- müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, martın 19-da festival- müsabiqənin qaliblərinin qala-konserti baş tutacaq.

Münsiflər heyətinin tərkibində Rusiyanın əməkdar artisti, əməkdar incəsənət xadimi, musiqişünas Qalina Preobrajenskaya və fəxri qonaq kimi Fabio Lamborgini iştirak edəcəklər.

Festival – müsabiqə müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə keçiriləcəkdir. Dünyanın müxtəlif ölkələrindən solistlər , ansambl və müxtəlif yaradıcı kollektivlər dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə