B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar "20 yanvar – qan yaddaşımız" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Quba rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və kollektivləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 yanvar şəhidlərinin, eləcə də ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı çıxış edərək 20 yanvar tarixinin xalqımızın taleyinə həm hüzn, həm də mübarizə, şərəf və qəhrəmanlıq günü kimi yazıldığını bildirib. Bu tarixin Azərbaycanımızın azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu olduğu vurğulanıb.
Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Anar Məmmədov, Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Saməddin Nəsirov, B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin metodisti Günel Əhmədova, YAP Qırmızı Qəsəbə ilk partiya təşkilatının sədri Nisim Nisimov, 20 yanvar hadisələrinin şahidi Şövkət Əliyev müdhiş faciə ilə bağlı tarixi məlumatları və xatirələrini diqqətə çatdırıblar. Xalqımızın belə dəhşətli faciəyə düçar olduğu ağır günlərdə həmin dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bu hadisələrə münasibət bildirməsi, faciəni törədənləri ifşa etməsi xüsusi vurğulanıb. Tədbirdə həmçinin 20 yanvar faciəsində şəhid olan 4 nəfər qubalı şəhidin xatirəsi anılıb. Daha sonra tədbir ədəbi-kompozisiya ilə davam etdirilib.
Sonda "20 yanvar – qan yaddaşımız" adlı sənədli film nümayiş edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB