Cəlilabad rayon MKS –də 20 yanvar hadisələri ilə əlaqədar "Şəhidlər ölməz, vətən bölünməz" adlı anım günü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, UAFA təşkilatının əməkdaşları, Cəlilabad şəhər 2 və 8 nömrəli məktəb-liseyinin müəllim və şagird heyəti, Cəlilabad Tibb Kollecinin şagird və tələbələri, fəal oxucular iştirak ediblər. Tədbiri giriş sözü ilə Cəlilabad MKS –nin direktoru Elçin Hüseynov açaraq xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. Qeyd edək ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində dağılmaqda olan Sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib. "Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olub. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu Öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib".Sonra söz tədbirdə iştirak edən qonaqlara verilib. Çıxışlardan sonra məktəblilərin ifasında hazırlanmış kompozisiyalar tamaşaçılara nümayiş etdirilib. Tədbirdə "Şəhidliklə ucalanlar" adlı sərgi təqdim edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB