Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, anım mərasimində 20 yanvar şahidi, publisist Əmir Pəhləvan, AMEA-nın Tarix İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqov, 20 Yanavar Cəmiyyətinin sədri Sultan Əzimzadə, "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyin sədri, milli qəhrəman bacısı Naibə Behbudova, İlham Allahverdiyev və Fərizə Nəbiyeva, "Sədaqət" xalçasının müəllifi Səməd Təbrizli iştirak ediblər.

Tədbirdə öncə 20 Yanvar şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra mərasimdə 20 yanvar şahidi, publisist Əmir Pəhləvan həmin gün gördüyü dəhşətli hadisə haqqında danışıb: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri dinc əhaliyə divan tuturaq, yüzlərlə insan qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri olub. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. 20 Yanvar şəhidlərinə Allah rəhmət eləsin. Ailələrinə səbr versin. Biz onları heç vaxt unutmayacağıq".

Anım mərasimində "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin, 20 Yanvar Cəmiyyətinin üzvləri və faciənin şahidləri çıxış edərək öz acı xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində 20 Yanvar şəhidləri İlham və Fərizəyə həsr edilən Səməd Təbrizlinin müəllifi olduğu "Sədaqət" xalçası nümayiş olunub. .

Qeyd edək ki, tədbirin sonunda Gənc Tamaşaçılar Teatrının təqdimatında dramaturq-yazıçısı Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasından bir hissə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə