Deputatdan musiqi məktəblərinə qəbul sayının azaldılmasına SƏRT REAKSİYA

Deputatdan musiqi məktəblərinə qəbul sayının azaldılmasına SƏRT REAKSİYA

"2017-ci ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitə 3 milyon da artırıldı. Lakin biz bunun nəticəsini görmürük. Çünki, bu il musiqi məktəblərinə 50 faiz şagird qəbulu azaldılıb". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 50 fazi şagird qəbulunun azalması müəllimlərin işsiz qalması deməkdir: "Belə olan halda, biz onda pulu necə artırmışıq? Ölkəmizdə musiqiyə bu qədər diqqət yetirilir, dünyada təbliğ edilir. Heydər Əliyev Fondunun işlərini xüsusi qeyd etmək olar. Azərbaycan musiqisinin səsi dünyanın ən möhtəşəm salonlarından gəlir. Əgər musiqi məktəblərinə uşaq sayı azalırsa, bəs gələcəkdə bu sahəni kim davam etdirəcək? Əksinə, musiqi məktəblərində tələbənin sayını artırmaq lazımdır. Çünki rayonlarda musiqi məktəbinə düşmək üçün problemlər var".

Bütün xəbərlər Facebook səhifəmizdə