İnşaat işləri zamanı abidə aşkar edilərsə, işlər dayandırılacaq
"Azərbaycanda inşaat işləri görülərkən abidə aşkar edilərsə, işlər dayandırılacaq və iki ay müdddətində tədqiqatlar aparılacaq". Sİa-nın xəbərinə görə, bu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında da müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Layihə haqqında məlumat verən Komitə sədri Rafael Hüseynov bildirib ki, yeni dəyişikliyə əsasən, inşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir.
"Dəyişiklik layihəsinə əsasən isə, müvafiq orqanlara məlumat verildikdən sonra həmin qurumlar və elmi təşkilatlar tərəfindən iki ay müdddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.
Dəyişikliyin məqsədi inşaat və təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması sahəsində mövcud olan qaydaları daha da təkmilləşdirməkdən ibarətdir"- deyə, komitə sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB