"YARAT" Müasir İncəsənət Mərkəzində gənc kinorejissor Cavid Zaidovun ekranlaşdırdığı "Kənarda" qısametrajlı filmi nümayiş olunub. SİA-nın məlumatına görə, əvvəlcə Cavid Zaidov gələn qonaqları salamlayaraq ekran əsəri barədə qısa məlumat verib.
Sonra film nümayiş olunub.
15 dəqiqəlik ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edib. Dörd nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır...
Sonda qonaqların suallarını cavablandıran rejissor belə filmlərin davamlı olacağını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB