Biləsuvarda 20 Yanvar şəhidləri anılıb

Biləsuvarda 20 Yanvar şəhidləri anılıb

Biləsuvar rayon Mərkəzi kitabxanasında 20 Yanvar Faciəsinin 27 ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib.

Tədbirdə 6 saylı məktəbin şagirdləri 20 yanvar faciəsinin 27 ildönümü ilə əlaqədar faciəyə həsr olunmuş şerlər söyləyiblər. Tədbirin sonunda sənədli filmə tamaşa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə