Goranboy rayon Mərkəzi Kitabxanası 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü münasibətilə "20 Yanvar Müstəqilliyimizin Şəhidlik Zirvəsidir" mövzusunda anım günü təşkil edib. SİA-nın məlumatına görə, tədbir Goranboy rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhidlər kompleksi" önündə keçirilib.
Tədbirdə 1 saylı məktəbin pedoqoji kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi. Qanlı hadisələr zamanı əbədi şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 1 saylı məktəbin kollektivi 20 yanvar qanlı hadisələrdən danışaraq bu hadisəni törədənləri lənətlədilər. Daha sonra 1 saylı məktəbin şagirdlərinin ifasında 20 yanvar hadisələrinə həsr olunmuş şeirlər dinlənilib.
Tədbir iştirakçıları şəhidlər kompleksinin önünə gül dəstlələri qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB