“Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə sərgi açılıb

“Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə sərgi açılıb

Bakı Xətai Sənət Mərkəzində tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın məlumatına görə, "Yeddi gözəl" adlı sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşib. Sərgidə böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim olunub.

Böyük Azərbaycan şairinin "Yeddi gözəl" poemasının yazılmasının 820 illiyi çərçivəsində reallaşan sərgi üç gün davam edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə