Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə tamaşa hazırlanır

Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə tamaşa hazırlanır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib. SİA-nın məlumatına görə, yeni tamaşa teatrın aktrisası, əməkdar artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Məlumat üçün bildirək ki, yeni səhnə əsəri yaxın günlərdə ADGTT-nın kiçik səhnəsində nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə