Türkiyənin Ankara şəhərində Avrasiya Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə açılan 11-ci Beynəlxalq Ankara Kitab Sərgisi çoxsaylı insan axını ilə yadda qalıb. SİA-nın məlumatına görə, 250-dək nəşriyyat evinin qatıldığı sərgini 300 mindən çox insan ziyarət edib. Ziyarətçilər arasında Ankarada yaşayan həmvətənlərimiz də iştirak edib. Sərgidə insanların çoxluq təşkil etməsi şəhər əhalisinin kitaba olan marağından xəbər verib.
10 gün davam edən sərgi Türkiyədə ziyarətçi sayına və kitab satışına görə ən böyük kitab sərgisi sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB