Qarabağ tarixi və mədəniyyəti silsiləsindən növbəti nəşr işıq üzü gördü
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və AMEA-nın Folklor İnstitutunun növbəti birgə layihəsi olan "Qarabağ mifləri" adlı təbliğat xarakterli nəşri bu dəfə azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb. SİA-nın məlumatına görə, açıqcalar toplusundan ibarət nəşr Elmi-Metodiki Mərkəz tərəfindən qeyri-maddi mədəni irs və milli adət-ənənələrin qorunması, dəstəklənməsi, təbliğ etdirilməsi, ümumilikdə milli-mənəvi dəyərlərimizə hörmət hissinin gücləndirilməsi, Qarabağın nə qədər zəngin folklora sahib olduğunu, oranın hər bir güşəsində azərbaycan mədəniyyətinin izi olduğunu bu folklor nümunələri vasitəsi ilə əsaslı şəkildə sübut etmək məqsədilə buraxılıb.
Nəşrdə Qarabağ və yaxınlıqda yerləşən rayonların sakinlərinin dilindən toplanmış əfsanə və rəvayətlər, onların dünya görüşləri, müxtəlif mifoloji obrazlar əks etdirilmiş və açıqcalardakı cizgilərin hamısı rəvayətlərə uyğun şəkildə çəkilib.
Toplu üzərində AMEA-nın Folklor İnstitutu tərəfindən filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev, Elmi-Metodiki Mərkəz tərəfindən isə İrina Özçoban və Günel Şimşək çalışıblar.
Nəşrin əsas hədəflərindən biri Qarabağ ərazisinin və Qarabağ ilə bağlı olan bütün folklor nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu sübut etməkdən ibarətdir. Bundan əlavə açıqcaların yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB