Sona Vəliyeva İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrında FOTOLAR
"Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrını ziyarət edib. Teatrın saytı xəbər verir ki, Sona Vəliyeva teatrın müdiri Salif Elifoğlu və sənət yönətməni Süha Uygurla görüşüb.
Görüşdə teatrın rejissoru, azərbaycanlı aktirisa Məlahət Abbasova da iştirak edib. M.Abbasova bildirib ki, S.Vəliyeva Avropa və Asiyanın ən böyük teatrı olan İstanbul Şəhər Teatrını ziyarət edərək bir azərbaycanlı olaraq həm mənə, həm də teatr kollektivimizə şərəf verdi: "Sona xanımın teatrımıza ziyarəti Türkiyə mediasında da geniş işıqlandırıldı. Mənim İstanbulda səhnəyə qoyacağım Hüseyn Cavidin "İblis" tamaşası haqda fikir mübadiləsi apardıq. İsti və səmimi münasibətə görə teatrımızın müdiri Salif Elifoğluna və Süha Uygura təşəkkür edirəm. Sona xanım "İblis" tamaşasının baş məsləhətçisidir. Bir Cavidşünas olaraq məşqlərimiz və tamaşalarımız boyuncaq bizə hər cür məlumat verəcəyinə, yardım edəcəyinə söz verdi".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB