Lənkəran bələdçi kitabının və turizm videoçarxımnın təqdimatı keçirilib FOTOLAR

Lənkəran bələdçi kitabının və turizm videoçarxımnın təqdimatı keçirilib FOTOLAR

Turizm sahəsinin inkişafı respublikamızda prioritet sahələrdən biridir. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində də bu səpkidə kompleks işlər aparılır. Yanvarın 13-də Lənkəran Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH və Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Lənkəran bələdçi kitabının və turizm videoçarxımnın təqdimatı olub. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin foyesində Lənkəranın turiizm potensialını əks etdirən fotosərgi və sənətkarlıq sərgisi gələn qonaqlara təqdim edilib.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov tədbiri açaraq Lənkran bələdçi kitabının elektron variantının monitor vasitəsi ilə təqdimatını edib. Çixişı zamanı o, son dövrlərdə respublikamızda turizm sahəsinin inkişafı üçün görülən işlər barədə məlumat verib. Bildirib ki, turizm sahəsinin inkişafı üçün ilk növbədə tanıtım tədbirləri böyük önəm daşıyır. Bu baxımdan ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turiizm Nazirliyinin dəstəyi ilə Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən Lənkəranın bələdçi kitabı hazırlanıb. Kitab üç dildə-azərbaycan, rus və ingilis dillərində nəfis şəkildə nəşr olunub. Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycana və Lənkərana gələn turistlərə Lənkəranın turizm potensialı, mehmanxanaları, istirahət mərkəzləri, muzey və mədəniyyət ocaqları haqqında zəruri məlumatlar verməkdir. Eyni zamanda ilk dəfə olaraq Lənkəranın turizm potensialını əks etdirən HD formatında videoçarx və bələdçi xəritəsi hazırlanıb.

Lənkəran ŞİH-nin məsül işçisi Könül Manafova, Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə çıxış edərək Lənkəranda turizmnin inkişafı ilə bağlı görülən işlər barədə danışıb və belə tədbirlərin turizmin inkişafında böyük rol oynadığını vurğulayıblar.

Sonda Lənkəranın turizm potensialını əks etdirən videoçarxın nümayişi olub.

Mehmanxana və mehmanxana tipli obyektlərin rəhbərləri, turizm sahəsi ilə bağlı olan digər əlaqədar təşkilatların nümayəndələri, muzey və mədəniyyət müəssisələrin nümayəndələri, həmçinin Lənkəran ziyalılarının iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə