Marsel Berkye Marinyenin "Oğru" əsəri ilə 48-ci mövsümün ilk premyerasını təqdim edən Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşalar hazırlamağa davam edir. SİA-nın məlumatına görə, Sumqayıt Dövlət Dram Teatrının yeni layihəsinə əsasən şöhrət ordenli, xalq artisti Afaq Bəşirqızı teatrımıza dəvət olunub. Belə ki, Afaq Bəşirqızı baş rejissor əməkdar artist Firudin Məhərrəmovun quruluş verəcəyi (İsi Məlikzadə, Süleyman Ələsgərov) "Subaylarınızdan görəsiniz" komediyasında çıxış edəcək. Qeyd edək ki, klassik və müasir yazarların əsərlərində rol alan, yaratdığı hər bir obrazı improvizələri ilə fərqləndirən Afaq Bəşirqızı 1975-1989-cu illərdə teatrımızda fəaliyyət göstərərək unudulmaz, koloritli obrazlar yaratmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB