Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət mərkəzində seminar-müşavirə keçirilib. SİA-nın məlumatına görə, ilin ilk seminar-müşavirəsi ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrin icrasına həsr olunub.
Tədbirdə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, rayon Mədəniyyət Mərkəzinin filiallarının və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak edib.
Seminar-müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ötən ilə ərzində görülən işlərədən və 2017-ci ildə həyata keçiriləcək tədbirlərdən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bərdəyə olan xüsusi diqqət və qayğısı nəticəsində rayonun siması ildən-ilə dəyişərək, böyük inkişaf yolu keçib.
Tədbirdə həmçinin ötən il üçün mədəniyyət müəssisələrinin fəaliyyəti və mövcud vəziyyəti müzakirə edilib.
Daha sonra 20 Yanvar faciəsinin 27-ci ildönümü və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinə daxil olan mədəniyyət müəssisələrində təşkil olunacaq tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB