Bakıda məktəb direktoru töhmət aldı, müavini işdən çıxarıldı

Bakıda məktəb direktoru töhmət aldı, müavini işdən çıxarıldı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbin direktoru Budaqov Fikrət Vəli oğluna aparılan yoxlamalar əsasında töhmət verilib. SİA-nın məlumatına görə, Baş İdarənin əmrinə əsasən məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi nəticəsində, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün tutduğu vəzifədən azad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə