Yanvarın 24-də Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində əməkdar artist, pianoçu və bəstəkar Emil Əfrasiyabın caz konserti keçiriləcək. Konsert Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş assambleyası çərçivəsində reallaşacaq. SİA-nın məlumatına görə, bu barədə məlumatı Emil Əfrasiyab özünün "facebook" səhifəsində paylaşıb.
Emil Əfrasiyab Azərbaycanın yeni nəsildən olan aparıcı caz ifaçılarındandır. Onun yaradıcılığında Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Əsərlərində klassik musiqidə rast gəlinən harmoniya və ritmlər xüsusi yer tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB